“Salernitana” A seriyasına buraxıldı

ESTAFET/ İtaliyanın “Salernitana” klubu A seriyasında oynamaq hüququ qazanıb. Ötən mövsüm B seriyasında uğurla çıxış edən klub yalnız İtaliya Futbol Federasiyasının icazəsindən sonra elitaya vəsiqəni rəsmiləşdirib.

Qurumun üzvləri səsvermə ilə “Salernitana”nın A seriyasında oynamasına icazə verib. Yalnız bir nəfərin bitərəf olduğu səsvermədə bütün üzvlər kluba dəstək olub.

Məsələ ondadır ki, “Salernitana”nın sahibi Marko Matsaroma “Latsio”nun prezidenti Klaudio Lotitonun qardaşıdır. Turnirin əsasnaməsi iki klubun eyni mənbədən maliyyələşməsinə icazə vermir. Lakin komissiya müəyyənləşdirib ki, “Salernitana”nın maliyyələşməsi “Latsio” ilə bağlı deyil.

Müəllif: Bəhruz MƏMMƏDOV