“Milan” Kyerə əvəzləyicini “Barselona”da tapdı

ESTAFET/ Simon Kyerin zədələnməsindən sonra “Milan” mərkəz müdafiəçisi axtarışına başlayıb. İtaliya klubunun əsas namizədi Samuel Umtitidir.

A seriyası təmsilçisi “Barselona”nın futbolçusunu qışda transfer etməyə qərar verib. Klubdan ayrılmaq istəyən fransalı üçün də “Milan” ən optimal variantdır.

Qeyd edək ki, A seriyasının XV turunda “Cenoa” (3:0) ilə matçın 4-cü dəqiqəsində dizindən aldığı xəsarət nəticəsində əvəzlənən Kyer uzun müddətə sıradan çıxıb. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV