"Qələbəyə bərabər heç-heçə idi": “Səbail”in məşqçisi:

ESTAFET/ “Çox ağır keçdi. Hər oyuna itkilərlə çıxırıq. Zədəli və cəzalı oyunçularımız olur”. Bunu “Səbail”in məşqçisi Vüqar Məmməd deyib.

O, Premyer Liqanın “Keşlə” ilə matçı (2:2) barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Sonadək oynadıq. Hər matç çətin olur. Qələbəyə bərabər heç-heçə idi. Sistemi və bir neçə futbolçunu dəyişdik. Faydası da oldu”. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV