“Bazel” - “Qarabağ” matçına hakim təyinatları

ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Konfrans Liqasının qrup mərhələsində son matçının hakimləri müəyyənləşib. UEFA  Azərbaycan təmsilçisinin İsveçrədə “Bazel”lə keçirəcəyi matçı Xorvatiyadan olan hakimlər briqadasına həvalə edib.

Dekabrın 9-da “Sankt-Yabok Park”da baş tutacaq qarşılaşmada Fran Yoviç ədaləti qoruyacaq. Ona Xrovye Radiç və Luka Puşiç kömək edəcək. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək görüşdə 4-cü hakim funksiyasını qadın ədalət təmsilçisi İvana Martinçiç yerinə yetirəcək. 

Qeyd edək ki, son tur öncəsi aktivində 11 xal olan hər iki komanda pley-offa vəsiqəni təmin edib. “Qarabağ” qrupu birinci pillədə tamamlamaq üçün səfərdə qalib gəlməlidir.

Müəllif: Orxan NOVRUZOV