Joao Feliks özünə komanda axtarır

ESTAFET/ Portuqaliya millisinin futbolçusu Joao Feliks klubunu dəyişməyə qərar verib. Hücumçu “Atletiko”nu artıq bu qışda tərk etmək istəyir.

Forvard komandasının oyun üslubundan narazıdır. Onun fikrincə, bu, potensialını tam açmağa mane olan məqamdır. Joao başqa klubda dünyanın ən yaxşılarından biri ola biləcəyi qənaətindədir. Onun nümayəndələri artıq yeni komanda axtarışına başlayıblar.

Qeyd edək ki, Feliks cari mövsümün 12 oyununda 1 qol və 2 assistə imza atıb.

Müəllif: Bəhruz MƏMMƏDOV