"Düşündüyümüzdən də ağır oyun alındı”: Elmar Baxşıyev

ESTAFET/ "Düşündüyümüzdən də ağır oyun alındı”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
41 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK – “Qəbələ” oyunundan (1:2) sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Çalışdıq ki, “Zirə” ilə matçdan sonra heyətdə bir az rotasiya edək və az oynayan futbolçulara şans verək. Düşünürəm ki, ümumi götürəndə I divizion komandaları ilə fərq hiss olunmur. Oyun da bunu göstərdi. Ümumilikdə komandamız ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".
