Biletlər bu gündən satışda olacaq: “Qarabağ” - “Neftçi”
ESTAFET/ Azərbaycan kubokunun yarımfinal mərhələsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.