Əliyevin 200-cü oyunu

ESTAFET/ “Keşlə”nin futbolçusu Şəhriyar Əliyev Premyer Liqada 200-cü oyununu keçirib. Bu, futbol üzrə ölkə çempionatının XIV turuna təsadüf edib. “Sumqayıt”la səfərdəki qarşılaşma (3:1) müdafiəçi üçün yubiley xarakteri daşıyıb.

Şəhriyar çempionatda 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edib. O, bu komandada 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Keşlə”də 34 (2 qol) dəfə şans qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV