“Sabah”ın ilki “Səbail” səfərində qeydə alındı

ESTAFET/ “Sabah” tarixində ilk dəfə səfərdəki Premyer Liqa oyununda böyükhesablı qələbə qazanıb. Bu, mövsümün ilk yarısının son turuna təsadüf edib. Bakı klubu rəqib meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

2018-ci ildə Premyer Liqada debüt edən paytaxt klubu bunadək yalnız evdə böyük hesabla qələbə qazanmışdı. “Sabah” 46-cı səfər matçında ilk belə uğura imza atıb.

Qeyd edək ki, bu, bakılıların Premyer Liqada ümumilikdə 4-cü, mövsümdə 2-ci belə qələbəsidir.

Müəllif: Natiq NƏSİROV