Premyer Liqamızın əvəzolunmazları

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünün ilk yarısında yalnız 5 futbolçu bütün oyunları əvəzolunmadan keçirib. 14 turda 1260 dəqiqə şans qazanan oyunçular dörd klubu təmsil edir.

Yalnız “Qəbələ”də iki əvəzolunmaz var. Bunlar İsnik Alimi və Nicat Mehbalıyevdir.

Sonuncu iki əvəzolunmaz qapıçıdan biridir. Onun kimi Mehdi Cənnətov (“Zirə”) da bütün qarşılaşmalarda 90 dəqiqə meydanda olub.

Elvin Camalov (“Sabah”) və Camaladdin Xocaniyazov (“Sumqayıt”) da əvəzolunmazlar siyahısında yer alıb. “Qarabağ”, “Neftçi”, “Səbail” və “Keşlə”də belə oyunçu yoxdur. Keşlənin eyniadlı təmsilçisinin qapıçısı Stanislav Namaşko XIV turda zədə səbəbindən əvəzləndiyi üçün bu oyunçular sırasına düşməyib. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV