"Neftçi" ikinci oyundan da sülhlə ayrıldı

ESTAFET/ “Neftçi” Türkiyədə davam edən hazırlıq toplanışı çərçivəsində ikinci oyununu keçirib. Samir Abasovun yetirmələri bu dəfə Polşa “Visla”sı ilə görüşüb.

Plotsk təmsilçisi ilə qarşılaşmadakı bütün qollar ikinci hissədə vurulub. Yusuf Lavalın 55-ci dəqiqədə vurduğu qol “Neftçi”ni hesabda önə çıxarsa da, üstünlüyü qoruya bilməyib. Son dəqiqədə fərqlənən “Visla” məğlubiyyətdən qaçıb – 1:1. 

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk matçında Macarıstan “Kişvarda”sı ilə heç-heçə oynayıb – 2:2.

Yoxlama oyunu
19 yanvar 2022
16:00. “Neftçi” – “Visla” (Plotsk, Polşa) - 1:1
Qol: Yusuf Laval 55
“Emirhan Sports Kompleks Side”ın stadionu

Müəllif: Natiq NƏSİROV