“Qarabağ” üçün braziliyalı hücumçu

ESTAFET/ "Qarabağ"ın maraq dairəsinə düşən hücumçulardan daha birinin kimliyi bilinib. Adı Ağdam klubunun transfer siyahısında yer alan legioner Junior Brumadodur.

22 yaşlı braziliyalı müqavilə ilə "Mitdyulland"a məxsusdur. Danimarka klubu onu 2020-ci ildə ölkənin başqa bir təmsilçisinə - "Silkeborq"a icarəyə verib.

Vətənində "Bahia"nın yetirməsi olan "sambaçı" 2019-cu ildən Danimarkada çıxış edir.

Brumado ön xətlə yanaşı, yarımmüdafiənin cinahlarında oynamağı bacarır. (sportinfo.az)

Müəllif: Estafet.az