Qitə çempionatında daha 2 medal
ESTAFET/ Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisi aktivinə daha 2 medal əlavə edib.
Elnurə Məmmədova (55 kq) finalda rumıniyalı Andrea Beatriçe Ana ilə üz-üzə gəlib. Bu görüşdə güclü rəqibiylə bacarmayan güləşçimiz gümüş medalı boynundan asıb.
Nigar Mirzəzadə (68 kq) isə bürünc medal uğrunda qarşılaşmada ispan Marta Navarroyla mübarizə aparıb və rəqibini 6:3 hesabıyla məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxıb.