Unibank komandası futbol çempionatının qalibi olub

Unibankın əməkdaşlarından ibarət futbol komandası “Banklararası Futbol Çempionatı”nın qalibi olub. Ümumilikdə 16 komandanın qatıldığı çempionatda Unibank komandası əsl uğur hekayəsi yazıb. Keçirilən 11 oyunun heç birində məğlub olmayan komanda, bütün oyunları qələbə ilə başa vurmaqla, çempionat tarixində bir rekorda imza atıb.

Bakı Tennis Akademiyasında keçirilən final görüşün Kapital Bank komandası üzərində əsas hissəsi 1:1 hesabı ilə bitən oyununda penaltilər seriyasında Unibank komandası 2:0 hesabı ilə qələbə qazanaraq, çempionatın qalibi olub. Ümumilikdə çempionat müddətində Unibank komandası rəqiblərin qapısından ən çox qol keçirən komanda olub.

Komanda üzvləri ayrı-ayrılıqda da fərqləniblər. Çempionatın nəticələrinə görə, “Ən yaxşı oyunçu” nominasiyasının qalibi 21 qolla Unibank komandasının üzvü Telman Muxtarov,  Liqanın “Ən yaxşı qapıçısı” isə qalib komandanın nümayəndəsi Fərrux Əliyev seçilib.  Unibank komandasının baş məşqçisi Ruslan Əmircanov olub.

Qeyd edək ki, Fire League Business Cup-ın təşkil etdiyi futbol turniri artıq ənənə halını alıb. Hər il bankların əməkdaşlarından ibarət komandalar turnir çərçivəsində çempionluq uğrunda yarışırlar.

Müəllif: Bəhruz MƏMMƏDOV