Azərbaycan millisi Avropa çempionatına yollandı
ESTAFET/ 22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak üçün Xorvatiyaya yollanıb.
Boks Federasiyasından verilən məlumata görə, yığma martın 13-23-də Poreç şəhərində keçiriləcək qitə birinciliyində 7 idmançı ilə təmsil olunacaq.
Millinin böyük məşqçisi Nəriman Abdullayev U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyevə (80 kq) şans verəcək. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.
Komandaya İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Yığma Bakıya martın 25-də qayıdacaq.
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü sabah atılacaq.