Sabah” məşqçisinə görə 4000 manat cərimələnib

ESTAFET/ “Sabah”ın məşqçisi Vitali Kovalyov cəzalanıb. Bununla bağlı qərar AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında verilib.

Buna Kovalyovun Premyer Liqanın XVIII turunun “Keşlə” ilə oyunundakı davranışı səbəb olub. Onun hakimləri təhqir etməsi qırmızı vərəqə ilə nəticələnib.

İntizam Komitəsi bununla bağlı müvafiq qərar verib. Çalışdırıcı 5 oyunluq diskvalifikasiya edilib. Paytaxt klubu 4000 manat cərimə olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV