“Xərclərə limit barədə düşünə bilərik”: Çeferin
ESTAFET/ “Futbolçuların maaşlarına limit qoyulması Avropa əmək normalarına ziddir”.
Bunu UEFA prezidenti Aleksander Çeferin deyib
Sloveniyalı funksioner futbolçuların maaşlarının durmadan artmasının qarşısını almaq yolunun asan olmadığını bildirib: “Amma biz xərclərə limit barədə düşünə bilərik. “MBA-da olduğu kimi edin” demək asandır. Amma biz edə bilmirik. Əminsiz ki, bu modeli istəyirsiz? Çempionlar Liqasının finalına ən bahalı bilet 500 avrodur. Superboulun finalında ən ucuz bilet 1000 dollardır”.