"Qəbələ" - "Zirə" oyunu təxirə salındı

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun "Qəbələ" - "Zirə" oyunu təxirə salınıb.

Buna səbəb Qəbələdə güclü qarın yağmasıdır.

Aramsız qar komandaların oynamaq imkanını məhdudlaşdırdığından, Peşəkar Futbol Liqası görüşün qeyri-müəyyən vaxta təxirə salınmasını qərara alıb. Təşkilatçılar matçın sabah günün ilk yarısında oynanılmasını planlaşdırsa da, bu, hava şəraitindən asılı olacaq.

Qeyd edək ki, qarşılaşma 65-ci dəqiqədə hesab 0:0 olarkən dayandırılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV