Voleybolçularımızın Macarıstan və Finlandiya ilə oyunlarının vaxtı dəqiqləşdi
ESTAFET/ Voleybol üzrə Gümüş Avropa Liqasında mübarizə aparacaq kişilərdən ibarət Azərbaycan yığmasının oyunlarının vaxtı dəqiqləşib.
A qrupunda yer alan millimiz Macarıstan və Finlandiya ilə qarşılaşacaq.
Komandamız turnirə evdə start verəcək. Macarıstanlıları qəbul edəcək voleybolçularımız ardınca Finlandiyaya səfər edəcək. Sonda şimallıları qonaq edəcək yığma turnirə Macarıstanda yekun vuracaq.
25 may 2022
15:30. Azərbaycan – Macarıstan
1 iyun 2022
20:30. Finlandiya – Azərbaycan
5 iyun 2022
18:00. Azərbaycan – Finlandiya
12 iyun 2022
18:00. Macarıstan – Azərbaycan