Gənc cüdoçulardan daha 3 medal

ESTAFET/ Xəbər verdiyimiz kimi, Afinada (Yunanıstan) keçirilən gənclər arasında Avropa kuboku-2022 turniri keçirilir. Turnirin son günündə komandamız daha 3 medal qazanıb.

100 kq çəki dərəcəsində yarışan Ruslan Nəsirli yunan və qazax cüdoçuları üstələyərək finala adlayıb. Finalda Slovakiya təmsilçisinə məğıub olan Ruslan gümüşlə kifayətlənməli olub.

Ən ağır çəki dərəcəsində isə (+100 kq) Azərbaycan finalı izlənib. Belə ki, Hüseyn Məmmədov serb və fransız, Kənan Nəsibov isə türk, xorvat və israilli cüdoçuları məğlub edərək finala adlayıblar. Burada isə Kənan Hüseyndən üstün olub.

Beləliklkə komandamız turniri 4 (2 qızıl, 2 bürünc) medalla başa vurub. Daha öncə 81 kq çəki dərəcəsində Məhərrəm İmamverdiyev turnirin qalibi olmuşdu. 

Müəllif: Natiq NƏSİROV