Şəhriyar üçün liderlik turu

ESTAFET/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

Reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster V turda qara fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə qarşılaşacaq.

B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerlə üz-üzə gələcək.

Hazırda Dominges və Məmmədyarov hərəyə 2,5 xalla ilk 2 pilləni bölüşür. Kaymerin 2, Dubovun 1 xalı var. Azərbaycan şahmatçısı qalib gəlsə, qrupda vahid liderliyi ələ keçirəcək.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Müəllif: Natiq NƏSİROV