"Qəbələ" "Zirə"dən üstün oldu

ESTAFET/ Milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə Bakıda hazırlıq keçən “Zirə” və “Qəbələ” yoxlama oyununda üz-üzə gəlib.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Matç erkən qolla başlayıb. Hamidu Keyta zirəliləri hesabda önə çıxarıb.

Paytaxt təmsilçisi üstünlüyünü qoruya bilməyib. İkinci hissədə İsnik Alimi penaltidən hesaba tarazlıq gətirib. Rafael Utziqin qolu isə bölgə klubuna əzmkar qələbə qazandırıb. 

Yoxlama oyunu
27 mart 2022
“Zirə” - “Qəbələ”  1:2
Qollar: Hamidu Keyta - İsnik Alimi, Rafael Utziq

Müəllif: Bəhruz MƏMMƏDOV