Halandın atasının və menecerinin tələbləri

ESTAFET/ Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland “Barselona”nın prioritet hədəfi olaraq qalır.

Gənc forvardın yüksək maliyyə tələbləri kataloniyalılar üçün problemə çevrilib.

Halandın atası oğlunun transferi üçün 50 milyon avro imza pulu istəyir. Həmçinin ulduz futbolçunun meneceri Mino Rayola da onun transferindən yaxşı qazanc götürmək niyyətindədir. Norveçli oyunçunu almaq istəyən klub atası və menecerinə ümumilikdə 100 milyon avroya yaxın ödəniş etməlidir. Bu amil İspaniya klubunu geri addım atmağa vadar edə bilər.

Qeyd edək ki, Erlinq Halandın “Borussiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Müəllif: Orxan NOVRUZOV