Millimizin legionerindən çempionluq təəssüratları

ESTAFET “Çempion olduğum üçün çox sevinirəm”. Bunu Macarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yığmasının sərbəst güləşçisi Maqomedxan Maqomedov deyib.

97 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələn yığmamızın legioneri təəssüratlarını bölüşüb: “Bu nəticəni qazanmağımda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Göstərdiyi diqqət və qayğıya görə federasiya rəhbərliyinə və bizi bu yarışa yüksək səviyyədə hazırlaşdıran yığma komandanın məşqçilərinə minnətdaram”.

Qeyd edək ki, yığmamız Avropa çempionatında 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Müəllif: Orxan NOVRUZOV