Bakıda «Gənc Şairlər» uşaq ədəbi layihəsinin iştirakçıları üçün futbol üzrə master-klass keçirilib

24 yanvar tarixində «Gənc Şairlər» uşaq ədəbi layihəsinin iştirakçıları üçün «Dinamo» futbol məktəbi ilə birgə təşkil olunmuş futbol üzrə master-klass keçirilib.

Tədbirin əsas məqsədi uşaqlarda aktiv həyat tərzinə maraq yaratmaq və fiziki inkişafla yaradıcı düşüncənin necə ahəngdar şəkildə birləşə bildiyini nümayiş etdirmək olub.

Master-klass çərçivəsində idman poeziya ilə üzvi şəkildə əlaqələndirilərək uşaqların hərtərəfli inkişaf potensialının üzə çıxarılmasına şərait yaradıb.

Məşğələlər «Dinamo» futbol məktəbinin peşəkar məşqçiləri — baş məşqçi Azər Həbibov və məşqçi Roza Quliyevanin iştirakı ilə keçirilib. Master-klassda həm qızlar, həm də oğlanlar iştirak ediblər.

Futbol məşqləri ilə yanaşı, uşaqlar idmanın uşağın həyatındakı əhəmiyyəti, sağlamlıq və aktiv həyat tərzinin vacibliyi mövzusunda şeirlər səsləndiriblər.

Tədbir «Gənc Şairlər» uşaq ədəbi layihəsi ilə «Dinamo» futbol məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.

Müəllif: Bəhruz MƏMMƏDOV