Azərbaycan Basketbol Liqasında 14-cü tur: “Ordu” ilk məğlubiyyətini aldı

22-25 yanvar tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü turun görüşləri oynanılıb. "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupu

"Gəncə" - "Sabah" (77:101)

"Şəki" - "NTD" (93:95)

"Neftçi" - "Abşeron Lions" (96:107)

B qrupu

 "Quba" - "Lənkəran" (86:68)

 "Sərhədçi" - "Naxçıvan" (57:65)

 "Ordu" - "Sumqayıt" (96:100)

 Qeyd edək ki, 14 turdan sonra "A" qrupuna rəqiblərindən 1 oyun artıq keçirmiş "Abşeron Lions" klubu başçılıq edir. "B" qrupunda isə lider, çempionatda ilk dəfə məğlub olan "Ordu" klubudur. Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun oyunlarına 29 yanvarda start veriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV