Səmədov qovulması haqda danışdı
ESTAFET/ Rusiya millisinin sabiq azərbaycanəsilli yarımmüdafiəçisi Aleksandr Səmədov “Lokomotiv”in gənclərdən ibarət futbol seleksiyaçısı vəzifəsindən qovulmasından danışıb.
Futbolçu səbəblər haqda yerli mətbuata bunları deyib:
"Bu, yəqin ki, yola gedə bilmədiyim bəzi insanların qərarıdır. Ad çəkməyəcəm. Gənclərlə işləyirdim. Əsas komandanı götürsək, mənim fikrimcə, alınan futbolçular “Lokomotiv”ə o qədər də lazım deyil. Bu mənim şəxsi fikrimdir. Komanda futbolçu seçimində düzgün yolda deyil"