MLS klubları Rusiya və Belarusdan olan futbolçularla işləməkdən imtina ediblər

ESTAFET/ Şimali Amerika futbol liqasının (MLS) klubları Rusiya və Belarusdan olan futbolçular və mütəxəssislərlə işləməkdən imtina ediblər.
MLS klubları öz aralarında bu məsələ ilə bağlı qeyri-rəsmi qaydada razılığa gəliblər.
Bundan əvvəl Rusiyanın “Lokomotiv” klubunun sabiq baş məşqçisi Yuri Syomin rusiyalı qapıçı Nikita Xaykinə MLS-dən təklif gəldiyini bildirmişdi. Amma artıq hazırda Norveçin “Bodo Qlimt” klubunda çıxış edən 26 yaşlı futbolçunun MLS-yə transferi mümkün deyil.
