Kyellini yeni klubu ilə müqavilə imzaladı

ESTAFET/ “Yuventus”dan ayrılan Corco Kyellininin yeni klubu bəlli olub. İtaliyalı müdafiəçi “Los-Anceles”lə müqavilə imzalayıb.
Kyellini MLS klubuna azad agent kimi keçib. Onun anlaşması 2023-cü ilədək nəzərdə tutulub.
Qeyd edək ki, 38 yaşlı müdafiəçi bunadək 18 il “Yuventus”un şərəfini qoruyub. (apasport)
