Zaur Hacı-Məhərrəmov AÇ-nin final oyununda

ESTAFET/ AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

O UEFA U-17 Avropa çempionatı final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq. Zaur Hacı-Məhərrəmov qrup mərhələsinin 6, həmçinin ¼, yarımfinal və final oyunlarında iş başında olacaq.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi bu ilin mayın 16-dan iyunun 1-dək İsraildə təşkil olunacaq.

Müəllif: Məsim MƏSİMZADƏ