Millinin sabiq hücumçusu infarkt keçirdi
ESTAFET/ Türkiyə millisinin sabiq futbolçusu Ersen Martin bu gün infarkt keçirib. Dərhal xəstəxanaya aparılan 42 yaşlı keçmiş hücumçunun aort damarında yırtıq aşkarlanıb. O, İstanbuldakı ürək xəstəxanalarının birində əməliyyat olunacaq.
Qeyd edək ki, karyerası ərzində “Beşiktaş” və “Trabzonspor” başda olmaqla bir neçə klubun formasını geyinən Ersen Martin 2004-2006-cı illərdə Türkiyə millisində çıxış edib. (apasport.az)