Komanda çempionatdan çıxarıldı, hakimi döyən futbolçuya cəza

ESTAFET/ AFFA İntizam Komitəsinin bugünkü iclasında Region Liqası matçlarında qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

Xüsusən də, iki oyunla bağlı sərt qərarlar qəbul olunub.

“Energetik”in futbolçusu Xəyal Əliyev “Cəbrayıl”la görüşdə hakimlərə fiziki təsir göstərdiyi üçün 10 oyunluq cəzalandırılıb.

“Sədərək” isə Region Liqasının növbəti turlarında iştirakdan imtina etdiyi üçün yarışdan xaric olunub. Komanda çempionat oyunlarının 50 faizini keçirdiyi üçün qalan bütün qarşılaşmalarda ona 0:3 hesabı ilə məğlubiyyət verilir.

Müəllif: Məsim MƏSİMZADƏ