Avropa futbolunda görünməmiş hadisə
ESTAFET/ Xorvatiyalı futbolçu Lovro Zvonarek yeni rekorda imza atıb. “Slaven”in futbolçusu Avropa futbolu tarixinə yüksək liqada kapitan kimi meydana çıxan ən gənc oyunçu olub.
O, Xorvatiya çempionatının “Hayduk”la görüşünə kapitan funksiyasını yerinə yetirib. Lovro 16 yaş 351 günlüyündə bunu bacarıb.
O, Kristofer Ayerin 7 il əvvəl Norveç çempionatında imza atdığı Avropa rekordunu yeniləyib. Skandinaviyalı “Start”da 16 yaş 355 günlüyündə kapitan olub.
Qeyd edək ki, Avropada bu iki futbolçudan başqa 17 yaşı tamam olmadan kapitan sarğısına layiq görülən oyunçu olmayıb. (apasport.az)