Azərbaycan ilk gündə 25 medal qazandı - "Prezident kuboku-2022"
ESTAFET/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr olunmuş "Prezident kuboku-2022" reqatasının birinci gününə yekun vurulub.
Suqovuşan qəsəbəsində təşkil olunan kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb.
Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.
Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq. (apasport.az)