Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Loran Blan Poçettinoya rəqib oldu -
Loran Blan Poçettinoya rəqib oldu

ESTAFET/ İspaniyanın “Atletik” klubunun baş məşqçisi postuna daha bir namizəd müəyyənləşib.

Bilbao təmsilçisi Loran Blanın xidmətində maraqlıdır.

La Liqa klubu fransalı mütəxəssisi yayda baş məşqçi postuna gətirməyi planlaşdırır. PSJ-nin sabiq baş məşqçisinin son klubu Qətər təmsilçisi “Ər-Rəyyan”ı bu il tərk edib.

Qeyd edək ki, “Atletik”in namizədləri siyahısında PSJ-nin indiki çalışdırıcısı Maurisio Poçettino da yer alıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV