Avropa nəhənglərini hərəkətləndirən açıqlama

ESTAFET/ Avropa nəhəngləri “Leypsiq”in yarımmüdafiəçisi Kristofer Nkunkuya göz dikib. “Çelsi”, “Milan”, “Mançester Yunayted” və “Barselona” 24 yaşlı hücumameylli oyunçunun keçidi üçün mübarizə aparır.

Fransa millisinin üzvü Almaniya klubundan ayrılmaq istədiyini açıqladıqdan sonra adıçəkilən komandalar danışıqları intensivləşdirib. Ancaq Bundesliqa təmsilçisi də onu buraxmaq niyyətində deyil. “Leypsiq” oyunçusunu 100 milyon avrodan ucuz qiymətə satmaq fikrindən uzaqdır.

Qeyd edək ki, Kristofer Nkunkunun “Leypsiq”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. (apasport.az)

Müəllif: Zaur HACIYEV