İsveç Dünya çempionu oldu

ESTAFET/ Mayın 5-21 tarixlərində Almaniya və Fransanın birgə ev sahibliyi etdiyi buz xokkeyi üzrə 81-ci Dünya Çempionatı keçirilib. Çempionatın qalibi finalda bullitlərlə Kanada yığmasına qalib gələn İsveç olub. Bu İveçin Dünya çempionatlarındakı 10-cu çempionluq tituludur. 3-cü yer uğrunda keçirilən görüşdə rus xokkeyçilər finlərdən üstün olublar.

 

Əksər xokkey mütəxəssisləri Dünya Çemionatının ikinci növ bir turnirə çevrildiyini qeyd edirlər. Belə ki, hazırda NHL-də (Milli Xokkey Liqası) əsas mərhələ - şərq və qərb konfranslarının finalları keçirilir. bu üzdən favorit yığmaların bir çox əsas oyunçuları klublarında qalıb Stenli Kubokunu qazanmağı daha məqsədəuyğun hesab ediblər. 

 

Çempionatın pley-off mərhələsində keçirilən görüşləri diqqətinizə çatdırırıq.

 

FİNAL

İsveç - Kanada 2:1 (Bullitlərlə) 

 

3-cü yer üçün

Rusiya - Finlandiya 5:3

 

Yarımfinal

İsveç - Finlandiya 4:1

Kanada - Rusiya 4:2

 

1/4 final

İsveç - İsveçrə 3:1

Kanada - Almaniya 2:1

Rusiya - Çexiya 3:0

Finlandiya - ABŞ 2:0