Yunanıstanda final oyunu Əliyar Ağayevə tapşırıldı

ESTAFET/ Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan çempionatında daha bir oyuna təyinat alıb. FIFA referisi II Super Liqanın matçını idarə edəcək.

Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ağayev II Super Liqa finalının cavab qarşılaşmasında fit çalacaq. O, mayın 15-də keçiriləcək “Levadiakos” – “Veriya” oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV