İki karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq
ESTAFET/ Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsində ilk yarışı günü milli komandamız üçün uğurlu keçib.
Yarışda iştirak edən 3 idmançımızdan ikisi mübarizəyə başlayıb. Yarımfinalda qələbəni əldən verən Əminağa Quliyev (-60 kg) bürünc medal uğrunda görüşə qatılacaq. Onun rəqibi 1/4 finalda tanınmış yerli idmançıya məğlub olan digər karateçimiz Sultan Hüseynov olacaq. Medal görüşləri bazar günü keçiriləcək. Şənbə günü isə daha bir idmançımız İrina Zaretska yarışda çıxış edəcək.
13-15 May tarixlərində Rabat şəhərində Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsində 48 ölkədən 238 idmançı iştirak edir.