Kaşukdan yubiley qolu

ESTAFET/ “Sabah” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci heç-heçəsinə imza atıb. XXVIII turun “Qəbələ” ilə səfər matçı komandanın 104-cü oyunu olub. Bakılılar yubiley heç-heçəsini qollu sülhlə gerçəkləşdirib – 1:1.

“Sabah”ın bərabərlik topuna imza atan Aleksey Kaşuk klub tarixinə 50-ci səfər qolunun müəllifi kimi düşüb. Paytaxt təmsilçisi rəqib meydanlarındakı 53-cü görüşdə 50-ci dəfə fərqlənib.

Müəllif: Bəhruz MƏMMƏDOV