Yollarla bağlı Bakı Şəhər Halqasının məlumatı

ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərinə məlumat xarakterli müraciət ünvanlayıb. Müraciətdə bildirilir:

Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə  hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir. Belə ki, may ayının 23-ü,  saat 23:00-dan etibarən yolun Azadlıq-Neftçilər prospektinin kəsişməsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir.

Müəllif: Natiq NƏSİROV