“Qarabağ” gözü millimizin hücumçusunda

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını ölkəmizdə davam etdirə bilər. Premyer Liqanın iki klubu 23 yaşlı forvardın xidmətində maraqlıdır.

“Neftçi”dən sonra indi də “Qarabağ” hücum xəttini Dadaşovla gücləndirmək variantını nəzərdən keçirir. Paytaxt klubunda son vaxtlar qeyri-müəyyənliyin olması səbəbindən ağdamlılar bu mübarizədə daha şanslı sayılır.

“Tondela” ilə icarə müqaviləsi başa çatan Renat 2023-cü ilin yayına qədər “Vulverhempton”a məxsusdur. Ancaq İngiltərə klubu onu komandaya qaytarmaqda o qədər də maraqlı deyil. Hazırda klubu və meneceri hücumçuya yeni klub axtarışındadır. Milli üzvü Azərbaycanda oynamağa razılıq versə, yeni komandası yəqin ki, “Neftçi” yox, məhz “Qarabağ” olacaq.

Ölkə çempionu hücum xəttini gücləndirəcəyi təqdirdə, qış fasiləsində “Minay”dan aldığı digər milliləşdirilən futbolçu Rüstəm Əhmədzadəni icarəyə verməyə çalışacaq. (apasport)

Müəllif: Orxan NOVRUZOV