Niko Kovaç yenidən Bundesliqa klubunda
ESTAFET/ “Volfsburq”un yeni baş məşqçisi müəyyənləşib. Niko Kovaç Bundesliqa klubunun sükanı arxasına gətirilib.
50 yaşlı mütəxəssis yeni komandası ilə 3 illik müqavilə imzalayıb. O, bu postda Florian Kofeldti əvəzləyib. Kofeldt ötən iln oktyabrından mövsümün sonuna qədər komandaya rəhbərlik edib. “Volfsburq” mövsümü 34 xalla 12-ci pillədə tamamlayıb.
Qeyd edək ki, Niko Kovaç əvvəllər Bundesliqada “Ayntraxt” və “Bavariya”nı çalışdırıb. Xorvatiyalı sonuncu dəfə 2020/21 mövsümündə “Monako”ya rəhbərlik edib.