“Sabah”da yeni müqavilə

ESTAFET/ “Sabah”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Klubun rəsmi saytının məlumatına görə, müdafiəçi Boyan Letiç paytaxt klubunda qalıb.

Bosniya və herseqovinalı oyunçu Premyer Liqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. 29 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 1+1 ildir.

Qeyd edək ki, Boyan Letiç bu ilin fevralından “Sabah”ın uğurları üçün çalışır. O, geridə qalan mövsüm 11 oyunda 1 qol vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV