Luis Enrikenin Çempionlar Liqasının finalındakı favoriti
ESTAFET/ İspaniya millisinin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalı barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis vaxtilə formasını geyindiyi “Real”ın “Liverpul” önündə şanslarını dəyərləndirib.
“Barselona”nın sabiq çalışdırıcısının fikrincə, əzəli rəqibləri “kral klubu” turnirin qalibi olmağa daha çox layiqdir:
“Hansı seçimi etsəm, bu, heç də hər kəsi qane etməyəcək. Mən isə hamının cavablarımı bəyənməsini sevirəm. Ədalətli olmağa üstünlük verirəm. Çempionlar Liqasını qazanmağa kim layiqdir? Təbii ki, “Real”. Bu komandanı favorit hesab edirəm”.
Qeyd edək ki, mayın 28-də Parisdə keçiriləcək “Liverpul” - “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.