Umtitidən “Barselona” qərarı
ESTAFET/ Samuel Umtiti bu yay “Barselona”dan ayrılacaq. 29 yaşlı müdafiəçi başqa klubda müntəzəm oyun praktikası qazanmaq istəyir.
Umtiti DÇ-2022-də Fransa millisinin heyətində yer almaq üçün mübarizə aparmaq niyyətindədir. Mərkəz müdafiəçisi Avropanı tərk etməyi düşünmür. O, böyük klublardan birində oynamaqla yenidən yığmaya qayıdacağına inanır.
Qeyd edək ki, geridə qalan mövsüm La Liqada cəmi 1 oyun keçirən Samuel Umtitinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. (apasport)