Peres Bakıya qalib kimi gəlir - Formula 1

ESTAFET/ Formula 1 üzrə 2022-ci il mövsümünün yeddinci yarışı sona çatıb. Azərbaycan Qran Prisi öncəsi komanda və pilotlar Monako Qran Prisi çərçivəsində Monte Karlodakı şəhər halqasında yarışıblar.

Yağış səbəbindən isinmə dövrələri 16 dəqiqə gecikmə ilə başlayıb. 

29 dövrədən sonra yarış Mik Şumaxerin qəzasına görə qırmızı bayraqlarla dayandırılıb.

Uzun fasilədən sonra bərpa olunan Qran Prini “Red Bull” komandasının sürücüsü Serxio Peres qazanıb. “Ferrari”dən Karlos Sayns ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü olub.

Bir gün öncə poulun qalibi olaraq starta birinci başlayan “Ferrari” komandasının pilotu Şarl Lekler finişə dördüncü çatıb.

Qeyd edək ki, hazırda ümumi sıralamada ilk üçlükdə Ferstappen, Lekler və Peres qərarlaşıb. Komandaların yarışında isə “Red Bull”, “Ferrari” və “Maklaren” ilk 3-lükdə qərarlaşıblar.

Müəllif: Natiq NƏSİROV