Bakı çempionatının qalibləri müəyyənləşdi
ESTAFET/ Qılıncoynatma üzrə Bakı çempionatına yekun vurulub. Turnirdə 100-dən çox qılıncoynadan iştirak edib. Bakı çempionatında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib.
Sablya
Oğlanlar:
1. Murad Əkbərov
2.Maqsud Hüseynli
3.Nurlan Zeynallı, Saleh Məmmədov
Qızlar:
1.Aysel Əhədova
2.Sara Aydəmirova
3.Fidan Quliyeva, Leyla Əhmədova
Şpaqa
Oğlanlar:
1.Fuad Qurbanov
2.Kənan Məlikzadə
3.Elçin Daşdəmirov,Orxan Həsənli
Qızlar:
1.Nazilə Rəhimova
2.Aynur Quliyeva
3.Nəzrin Mehdiyeva, Xədicə Həsənli
Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunan, Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən paytaxt birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.