Kuyt Niderland klubunda

ESTAFET/ “Liverpul”un və Niderland millisinin sabiq futbolçusu Dirk Kuytun yeni iş yeri bəlli olub. 41 yaşlı mütəxəssis “Den Haaq”ın baş məşqçisi təyin olunub.

Onunla 1 illik müqavilə imzalanıb. Kuyt 2023-cü ilin yayına qədər “Den Haaq”a rəhbərlik edəcək. Aşağı dəstəyə yuvarlanan klubun rəhbərliyi onun başçılığı altında yenidən Erediviziyaya dönməyi hədəfləyib.

Qeyd edək ki, Kuyt 2018-20-ci illərdə “Feyenoord”un gənclərdən ibarət komandasına rəhbərlik edib.

Müəllif: Natiq NƏSİROV