“Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşdi

ESTAFET/ “Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib. Yığıncaq iyunun 8-nə təyin olunub.
Tədbir klubun inzibati binasında təşkil olunacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Hesabatların dinlənilməsi.
2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.
5. Digər məsələlər.
Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı dəqiqləşməyib.
